RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

B2B xidmətlər

“Caspian Telecom” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, Azərbaycanın bank sektoruna, fiber optik texnologiya bazasında ən müxtəlif İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xidmətləri göstərir. 1997-ci ildə təsis olunan “Caspian Telecom” MMC eyni zamanda Ailə TV kabel televiziyası və Ailə NET internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir. Şirkət Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi 065588 saylı lisenziya əsasında fəaliyyət göstərir. Hazırda bir çox korporativ müştərilər və eləcə də fiziki şəxslər şirkətin ən qabaqcıl fiber optik texnologiya əsasında təqdim etdiyi yüksək keyfiyyətli kompleks telekommunikasiya xidmətlərindən yararlanırlar.

Öz fəaliyyətində ən yüksək texnologiyalardan istifadə edən “Caspian Telecom”  MMC Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiber optik infrastruktura malik olan şirkətdir və ən qısa zamanda fiber optik şəbəkə çəkmə imkanına malikdir. Eyni zamnada Caspian Telecom Azərbaycanda SWİFT xidmətini göstərən ən böyük şirkətdir.

Şikətin korporativ müştəriləri arasında Azərbaycan Respublikasının Mərkəzi Bankı, Dövlət Neft Fondu, Azərbaycan Respublikası İpoteka Fondu, Amrah Bank, Kapital Bank, BTB Bank, Bank Melli İran, Damirbank, Aqrarkredit, Express Bank, Bank of Baku, NBC Bank, AG Bank, Bank of Azerbaijan, Silk Way Bank, Access Bank, Bank Stanadrt kimi banklar, Azərbaycan Dövlət Sığorta İdarəsi, Azəraeronaviqasiya, Sağlam Ailə Klinikası, Grand Klinika, Azərenerji Səhmdar Cəmiyyəti, Sumqayıt STP, Caspian Shipyard Company Ltd, RAMADA Hotel və Resort, Grand Hotel, Satandart İnsurance və digər iri qurumlar vardır.

Bizə yazın: Send Mail

 

XİDMƏTLƏR:

 

◊ Optik lifli xətt üzərindən İnternet

Optik lifli xətt üzərindən İnternet xidməti yüksək sürətli və keyfiyyətli, tam dayanıqlı beynəlxalq internet şəbəkəsinə çıxışı təmin edir. İstənilən sürətdə fiber-optik şəbəkə vasitəsilə ötürülən internet paketlərə qoşulmaq hələ bu qədər sadə olmayıb.

 

◊ Fiber-optik ayrılmış xəttlər və Ethernet

“Caspian Telecom” MMC-nin fiber – optik ayrılmış xəttlər və ethernet xidmətləri kiçik və iri bizneslər üçün yüksək səviyyəli rabitə həllidir. Müştərinin özəl tələbləri ilə uyğun gələn geniş çeşidli məhsullarımız rabitədə yaranan bütün tələblərə cavab verən və Respublika ərazisində istənilən nöqtələri birləşdirən şəbəkə vasitəsilə fasiləsiz xidmət göstərməyə imkan yaradır.

 

◊ Virtual özəl şəbəkələr (VPN)

Virtual Özəl Şəbəkələr (VPN) xidməti ofislər, filiallar və ya ayrılmış şöbələr arasında daxili məlumatların ötürülməsi üçün infrastrukturun yaradılmasına imkan verir. Nöqtələr arasında məlumat ötürülməsi prosesi “İP sec protocol” vasitəsilə şifrələnir,  “routing”, “quality of service” və “multicast support” kimi xidmətlərə təkan verir.

 

◊ SWIFT

SWIFT ingilis abreviaturası olub, açıqlaması  Ümumdünya Banklararası Telekommunikasiya Birliyidir (Society for Worldwide Interbank Financial Telecommunications). SWIFT banklar arasında informasiyaların ötürülməsi və ödənişlərin həyata keçirilməsi sistemidir. “Caspian Telecom” MMC Azərbaycanda rəsmi SWİFT partnyoru kimi aşağıdakı xidmətləri təklif edir:

Aylıq xidmətlər Birdəfəlik xidmətlər
Alliance Bank File (BIC) quraşdırılması. SWİFT server-in quraşdırılması
Parch-lərin quraşdırılması. SWİFT sisteminin yenidən quraşdırılması
Ehtiyyat Məlumat bazasının yaradılması

(Message file, Event journal).

Ehtiyyat SWİFT Server-in quraşdırılması
Sertifikatların idarə olunması.
Əlavə Workstation-ların quraşdırılması.
Problemlərin həlli.
Müştəri server və avadanlığına servis və xidmət.

 

◊ Video müşahidə

Video Müşahidə uzun illərdir ki, ən populyar təhlükəsizlik sistemi hesab olunur. Banklar, şirkətlər və demək olar ki, bütün dövlət və özəl sektor, video müşahidə sistemindən istifadə edərək öz risklərini qorumaqdadırlar. Bizim geniş şəbəkəmiz, sizin istənilən filialınızda, satış nöqtənizdə analoq CCTV və ya daha müasir İP kameralar quraşdırmaqla günün 24 saatı fasiləsiz video müşahidə sistemi yaratmağa imkan verir.

 

◊ Şəbəkə təhlükəsizliyi

Şəbəkə təhlükəsizliyi sizin şəbəkənizin qorunması üçün həyata keçirilən bütün tədbirləri özündə cəmləşdirir. Effektiv şəbəkə təhlükəsizlik sistemi şəbəkənizi xarici təhlükələrdən qoruyur, məlumatların yerində, təhlükəsiz şəraitdə ötürülməsini təmin edir.

 

◊ Şəbəkə monitorinqi

Şirkətlər və banklar öz fəaliyyətlərində kommunikasiya xidmətlərinə və məlumatların ötürülməsinə olduqca böyük önəm verirlər. Xidmət zamanı şəbəkə və avadanlıqlarda problemlər qaldıqca ümumi biznes proseslərinə zərbə vura bilər. Davamlı monitorinq sistemlərimiz sizin şəbəkədə və avadanlıqlarınızda yaranan bütün problemləri ani sürətdə təyin edib, onların ən qısa zamanda həll olunmasına imkan yaradır.

 

◊ 3 G Texnologiyaları ilə bank sistemlərinin qurulması

3 G texnologiyaları ilə bank sistemlərinin qurulması xidməti bankomatların və filialların qoşulmasına imkan verir. Bu xidmət bütün Azərbaycanı əhatə edir və mövcud mobil operatorların şəbəkəsi üzərində bankomat və bank filialları arasında rabitə yaradır.

 

◊ Əhatə dairəsi