RU EN

Fiber-Optik İnternet

Genişzolaqlı fiber optik internet xidmətləri təklif edən Ailə NET internet provayderdiri, abunəçilərə 36 mbit/s-dən 100 mbit/s-ə qədər yüksək sürətli internet xidmətləri göstərmək imkanına malikdir. Hal-hazırda Ailə NET Bakı və Gəncə şəhərlərində genişzolaqlı internet qoşulma tətbiq edir.

Ailə NET-in təqdim etdiyi geniş imkanlar

Ailə NET-in istifadə etdiyi texnologiyanın üstün cəhəti internetə qoşulmaq üçün heç bir telefon qovşağından istifadə edilməməsidir. Eyni zamanda üstünlüklərdən digəri internet bağlantının yaradılması üçün modemə də ehtiyyacın olmamasıdır.

Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli və daha sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradır. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Bu da yüksək sürətli internet deməkdir.

Ailə NET –in təqdim etdiyi tariflərlə ətraflı şəkildə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Ailə NET- in xidmətinə necə qoşulmalı və həyata keçirilən aksiyalar

Ailə NET internet provayderinin xidmətlərinə qoşulmaq istəyən şəxslər 012 920 məlumat mərkəzinə zəng edib müvafiq sifariş verməli, ya da Ailə TV saytı vasitəsilə müvafiq sifariş  göndərməlidirlər.

Nəzərinizə çatdırmaq istəyirik ki, Ailə NET abunəçilər üçün müddətsiz aksiyalar elan edir. Belə ki, qoşulma zamanı kabel də abunəçilərin mənzilinə tam pulsuz çəkilir. Abunəçilərə təqdim olunan Xiaomi MI C3 WIFI routerin qiyməti isə 39 AZN təşkil edir, lakin güzəştli kampaniya şərtləri ilə WIFI routeri pulsuz da əldə etmək mümkündür.

Ailə NET-dən daha bir müddətsiz aksiya “6 ay ödə, 7-cı ay Ailə NET-dən pulsuz faydalan” adlanır. Aksiyanın qaydalarına əsasən, Ailə NET abunəçiləri seçdikləri tarifə uyğun olaraq altı ayın abunə haqqını ilkin olaraq ödəyən zaman yeddinci ay internet provayderin xidmətindən pulsuz istifadə etmək hüququ qazanırlar. Eləcə də abonent əgər 12 ayın abunə haqqını öncədən ödəyirsə, bu zaman son iki ay Ailə NET internet xidmətinə görə abunə haqqı ödəməyəcək.

Sürət Qiymət
36 Mbit/s-dək 18 AZN
56 Mbit/s-dək 28 AZN
70 Mbit/s-dək 35 AZN
100 Mbit/s-dək 50 AZN

*Müəyyən yeni tikili binalarda abunə və (və ya) qoşulma haqqları standart tariflərdən fərqli ola bilər. Ətraflı məlumat üçün: 012 920