Xəbərlər - Ailə TV – 10 il

17/01/2017
 
 

17 Aprel 2017-cil Ailə TV üçün tarixi bir gündür. Bu gün 20 ildir ki, ölkəmizdə uğurla fəaliyyət göstərən Caspian Telecom MMC şirkətinin əsas brendi, Ailə TV-nin 10 yaşı tamam olur.

Fəaliyyət göstərdiyi illər ərzində şirkət telekommunikasiya, televiziya və internet xidmətləri sektorunda hər zaman liderliyini qoruyaraq bir çox ilklərə imza atmışdır.

Ailə TV Azərbaycanın ilk rəqəmsal televiziya operatorudur. Bundan əlavə HD yayımın ölkəmizdə retranslasiyası da kabel televiziyaları arasında ilk dəfə məhz Ailə TV tərəfindən həyata keçirilmişdir. Hər zaman yüksək texnologiyaların təşfiqinə önəm verən şirkət, həm də fiber-optik texnologiya əsasında internet provayder xidmətləri göstərən ilk opertorlarındandır.

Hal-hazırda Ailə TV-ni təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız izləyirlər. Ailə TV-nin ən son layihələrindən olan İPTV xidməti kabelsiz və antensiz dünyanın istənilən yerində 200 TV kanal izəmək imkanı yaradır. Bununla da şirkət artıq dünya bazarına çıxır, İPTV xidmətini müxtəlif ölkələrdə təqdim edərək ixrac potensialının formalaşmasında və milli valyutanın dəstəklənməsində öz töhvəsini verir.

Ailə TV ailəsi böyük bir ailədir və abunəçilərinə yüksək səviyyəli xidmət göstərmək üçün səylə çalışır. Şirkətin 24/7 fasiləsiz çalışan 920 Çağrı mərkəzi, eləcə də Bakıda 9 və Gəncədə 1 filialı var. Ailə TV-də əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamtində hər zaman işlər görülür, təlim və imtahanlar keçirilir. Peşəkar əməkdaşlar şirkətin əsas kadr kapitalını təşkil edir.

            Öz fəaliyyəti ilə cəmiyyətimizə faydalı olmağa çalışan, Ailə TV bir sıra sosial layihələri də dəstəkləyir. Bundan əlavə, Ailə TV, müstəqilliyimiz və dövlətçiliyimiz uğrunda fədakarlıq göstərən soydaşlarımıza da xüsusi diqqət göstərir. Belə ki, Ailə TV-nin analoq yayımı və ya rəqəmsal yayım baza paketi (Ailə paketi) 50% güzəştlə təklif olunur.