Xəbərlər - “Caspian Telecom”: “Digər şirkətlərə də “Bakcell”in xidmətlərindən yararlanmağı tövsiyə edirik” - MÜSAHİBƏ

17/01/2017
 
 

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin korporativ seqmentdə ən uğurlu tərəfdaşlarından biri “Caspian Telecom”dur.

 

İKT.lent.az-ın xəbərinə görə, 7 ildən artıq müddət ərzində “Bakcell”in sadiq korporativ müştərisinə çevrilmiş “Caspian Telecom” artıq bir sıra layihələrdə “Bakcell”lə əməkdaşlıq edir.

 

Şirkətin direktor müavini Mahizər Tağıyeva bu əməkdaşlıq haqqında İKT.lent.az saytına danışır:

 

Zəhmət olmasa, təmsil etdiyiniz şirkət haqqında məlumat verin.

 

- “Caspian Telecom” Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir. “Caspian Telecom” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, Azərbaycanın bank sektoruna, fiber optik texnologiya bazasında ən müxtəlif İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xidmətləri göstərir. 1997-ci ildə təsis olunan “Caspian Telecom” MMC fiber-optik kabel üzərindən İnternet, fiber-optik ayrilmiş xətlər və ethernet, virtual özəl şəbəkələr (vpn), SWIFT, video müşahidə, Korporativ IP telefoniya, şəbəkə təhlükəsizliyi, şəbəkə monitorinqi, 3G texnologiyaları ilə bank sistemlərinin qurulması xidmətlərini göstərməklə yanaşı, eyni zamanda "Ailə TV" kabel televiziyası və "Ailə NET" internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.

 

- "Bakcell" şirkəti ilə nə vaxtdan əməkdaşlıq edirsiniz və bu əməkdaşlıq barədə nə düşünürsünüz?

 

 

Öz fəaliyyətində ən yüksək texnologiyalardan istifadə edən “Caspian Telekom şirkəti mobil operator seçimində də öz prinsiplərinə sadiq qalaraq ən son texnologiyalardan istifadə edən, üstün şəbəkə və geniş əhatə dairəsinə malik olan, keyfiyyətli xidmət və sərfəli qiymət təklif edən "Bakcell" şirkətinə üstünlük verib.

 

Biz "Bakcell" ilə 2008-ci ildən əməkdaşlıq edirik və bu illər ərzində Bakcell şirkətinin bizə bir korporativ müştəri kimi göstərdiyi münasibət, yüksək xidmət, fərdi yanaşma və tətbiq etdiyi elastik qiymət siyasəti bizi çox qane edir. Buna əsaslanaraq biz bir korporativ abunəçi kimi digər şirkətlərə də “Bakcell”in xidmətlərindən istifadə etməyi tövsiyə edirik.

 

İnanırıq ki, informasiya və telekommunikasiya sahəsində çalışan bu iki aparıcı şirkət gələcəkdə yalnız korporativ müştəri-şirkət münasibəti çərçivəsində  məhdudlaşmayacaq və birgə maraqlı, innovativ layihələrə imza atacaq.

 

Birbaşa mobil rabitə ilə əlaqəsi olan hər hansı xidmətiniz varmı?

 

Şirkətimizin İKT sahəsində təqdim etdiyi xidmətləri sırasında bank sistemlərinin qurulması xüsusi yer alır. Bu xidmət Azərbaycanda fəaliyyət göstərən bir sıra banklara bankomatların və filialların mobil İnternet üzərindən vahid şəbəkəyə qoşulmasına imkan verir. Bu xidməti öz müştərilərimizə təqdim etməyimiz üçün təhlükəsizlik baxımından xüsusi tələblərimiz var. "Bakcell" yüksək sürətli və kəsintisiz mobil internet bağlantısını təmin etməklə yanaşı, təhlükəsizlik standartlarına tam şəkildə cavab verir. Nəticədə biz öz müştərilərimizə  göstərdiyimiz yüksək keyfiyyətli xidmətin eyni zamanda təhlükəsizliyinə də arxayınlıqla zəmanət veririk.

 

Hazırda müştəriləriniz xidmətlərinizdən daha çox hansı ilə maraqlanırlar?

 

“Caspian Telecom” şirkətinin yeni istifadəyə verilmiş və geniş imkanlara malik müasir IPTV xidmətinə çox böyük maraq müşahidə edirik. Bu maraq müqabilində abunəçilərimiz IPTV xidmətinə qoşulduqda onlara 3 ay ərzində bütün imkanlardan pulsuz istifadə etmək şəraiti yaratmışıq. Bu xidmətin HD yayım, dünyanın hər yerində 200-dək kanal izləmək, sosial şəbəkələrə çıxış, yayım arxivasiyası, Wi-Fi ruter funksiyası, Smart TV imkanı kimi bir çox üstünlükləri var.