Xəbərlər - "Caspian Telecom": OTT (IP) TV – Ailə TV-dən innovativ texnologiya.

17/01/2017
 
 

1997-ci ildə təsis olunan Caspian Telecom şirkəti Ailə TV və Ailə NET brendlərinin sahibidir. Şirkət fəaliyytinin ilk günlərindən xidmət keyfiyyətinin yüksək saxlanması və  müasir texnologiyaların tətbiqini ön plana çəkir.

Bu ilin Aprel ayında şirkət ən son innovativ xidmətini təqdim etdi. Televiziya kontentini kabelsiz və antensiz, yalnız internet üzərindən dünyanın istənilən yerində izləmək imkanı yaradan yeni IP TV xidməti Azərbaycanda ilk belə servisdir. OTT TV (Over the Top) texnologiyası əsasında çalışan Ailə TV-nin IP TV xidməti 2 Mbit/s-dən yüksək internet bağlantı olan istənilən yerdə 200-dək yerli və xarici telekanalı izləmək imkanı yaradır.

Hazırki fəaliyyət və gələcək inkişaf istiqamətəri haqqında C&B jurnalına şirkətin direktor müavini Mahizər Tağıyevanın müsahibəsini təqdim edirik.

Caspian Telecom şirkəti həqiqətən də İKT sahəsində innovasiyalarda öndə olan şirkətlərdən hesab olunur. Hal-hazırda müştərilərinizə hansı xidmətlər təqdim edirsiniz?

– Bəli, düzgün qeyd ediniz. Şirkət ölkənin ən iri internet provayderlərindən olan Ailə NET və Ailə TV kabelteleviziyası brendlərinin sahibidir. Bundan əlavə şirkət tərəfindən korporativ sahədə geniş spektor İKT xidmətləri. Korporativ sahədə şirkət hal-hazırda iri banklar, dövlət qurumları, mehmanxana, tibb ocaqları və digər müəssisələrlə çalışır.

Telekommunikasiya kanallarının mütəmadi modernizasiyası və optimizasiya nəticəsində biz İT xidmətlərin daim yüksək standartlara uyğun olmasına nəzarət edirik və müştərilərimizin sayının artımı ilə yanaşı xidmət keyfiyyətinin də yüksəldilməsinə çalışırıq.

– Siz Caspian Telecom şirkətinin imkanları mövzusuna toxundunuz bu mövzunu davam etdirmək istərdik. Sir deyil ki, şirkətin uğuru tətbiq etdiyi texnologiyalardan birbaşa asılıdır. Bəs Caspian Telecom şirkəti hası şəbəkə texnologiyalarından istifadə edir?

– Təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə rəqəmsal kabel televiziyası xidmətləri məhz Ailə TV tərəfindən təqdim olunmuşdur. Bundan əlavə ölkədə ilk dəfə HD yayım da Ailə TV-nin nailiyyətlərindən hesab olunur. Bir ilk olaraq ən son təqdim etdiyimiz xidmət olaraq isə İPTV xidmətini qeyd etək istərdim. Over The Top texnologiyası platformasında çalışanxidmət dünyanın istənilən ölkəsində kabelsiz və antensiz Ailə TV şəbəkəsində retranslasiya olunan telekanalları izləmək imkanı yaradır. Azərbaycanın ilk fiber optik internet provayderi Ailə NET-dən artıq geniş əhatə dairəsinə malikdir. İndi Bakı və Gəncə şəhərinin sakinləri 8 Mbit/s-dən 100 Mbit/s-dək yüksəksürətli fiber optik internet bağlantıdan istifadə edə bilirlər.

Qeyd etmək istəyirəm ki, şəbəkə texnologiyaları ilə yanaşı, cəmiyyətimiz qarşısında öz sosial missiyamızı da dərk edirik və  fəaliyyətimizin cəmiyyətimiz üçün faydalı olmasını hər zaman diqqətdə saxlayırıq.

– Son zamanlar mobil televiziya haqqında çox söz-söhbıtlər gəzir, bu layihənin perspektivləri haqqınd nə deyə bilərsiniz? Bu layihənin Azərbaycanda tətbiqinə sizin şirkət tam hazırdırmı?

– Biz dünyada baş texnoloji proesləri diqqətlə izləyirik, və gələcək fəaliyyətimizi planlaşdıraraq hər zaman telekommunikasiya sahəsinin flaqmanlarından olmağa çalışırıq. Televiziya texnologiya bazarı hal-hazırda sürətli yenilənmə dövrünü yaşyır. Bizim təqdim etdiyimiz İPTV xidməti müasir televiziya texnologiyaları tələblərinə tam uyğundur. Ailə TV-nin android cihazı, Ailə TV Player vasitəsilə indi istənilən yerdə həm yerli həm də xarici telekanalları kabelsiz və antensniz izləmək mümkündür. Tələb olunan tək şey, 2 mbit/s sürətli minimal internet bağlantının olmasıdır. Bundan əlavə İPTV abunəçilərimizi telekanalların yayımı bir neçə günlük geriyə çəkərək istənilən verilişi təkrar da izləyə bilərlər.

Qarşıdab gələn, BakuTel-2015 Beynalxalq İT və Telekommunikasiyalar sərgisində yeni xidmətimizin özəllikləri ilə daha geniş tanış ola biləcəksiniz.

– Telekommunikasiyalar sahəsi durğunluq sevmie və daim yenilikləri sevir. Hansı yeni layihələri yaxın gələcəkdə planlaşdırırsınız? Abunəçiləri daha nələrlə svidnirəcəksiniz?

– Əlbəttə ki, bu sahədə hər zaman ən azı bir addım öndə olmalısan, gələcəyi indi görməlisən. Biz də bu istiqamətdə səylə çalışırı. Hal-hazırda mobil televiziyanın inkişafı ilə bağlı geniş planlarımız var. Bundan əlavə müştəri məmnuniyyətinin qorunmasə məqsədilə də planlı şəkildə işlər aparırıq. Artıq 920 məlumat mərkəzini həm texnoloji həm də kadrlar faktoru baxımından tam yeniləmişik.

Yeni texnologiyaların tətbiqi ilə yanşı mövcud xidmətlərimizin də optimallaşdırılması əsas prioritetlərimizdəndir. Hal-hazırda Ailə NET internet provayderinin əhatə dairsi artıq demək olar ki, Bakı və Gəncə şəhərlərini tam olaraq yüksək sürətli internetlə təmin edi. Biz bu istiqamətdə işlərimizi davam etdimək niyyətindəyik və fiber optik şəbəkə ilə hər evi təmin etmək məqsədini qarşımızda qoymuşuq.