Xəbərlər - Ailə TV Talassemiyalı uşaqlara dəstək oldu

17/01/2017
 
 

Ailə TV və Ailə NET brendlərinin sahibi, Caspian Telecom şirkəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində qanvermə aksiyası təşkil edib. Ailə TV Mərkəzi ofisində təşkil olunmuş aksiyada çoxlu sayda şirkət əməkdaşı o cümlədən rəhbər şəxslər iştirak edib. Aksiya zamanı toplanan qan vəsaiti talassemiyadan əziyyət çəkən uşaqların müalicəinə sərf olunacaq.

Aksiyada nəzarətçi qismində iştirak edən Beynalxalq Talassemiya Federasiyasının üzvü, Azərbaycan Talassemiya Assosiasiyasının Vitse-Prezidenti Gülgün Abbasova öz təəssüratları ilə belə bölüşdü - “Azərbaycanda 1000-dən çox telassemiyalı uşaq Mərkəzi Qan Bankının qeydiyyatındadır bu da hər ay 2000 donor deməkdir. Təəssüflər olsun ki xəstələrin sayı dinamik olaraq artır və donor çatışmamazlığı problemi günü-gündən aktuallaşır. Bugünkü dəstəyə görə mən Ailə TV ailəsinə öz təşəkkürümü bildiriəm və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”

Ailə TV Mətbuat Katibi, Sabir Məşədizadə də öz növbəsində də məsələyə biganə qalmayıb,

bir ailə kimi toplaşan şirkət kollektivinə öz dərin təşəkkürünü və hörmətini vurğuladı. Bu günkü aksiya zamanı toplanan qan vəsaitinin talassemiyalı uşaqların həyatını xilas edəcəyinə, onların sağlamlığını qoruyacağına əmin olduğunu bildirdi. Mətbuat Katibi, Sabir Məşədizadənin sözlərinə görə şirkət KSM layihələri çərçivəsində gələcəkdə də xeyihaqq aksiyalar təşkil edəckdir.