Şirkət haqqında

 
 

“Caspian Telecom” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, Azərbaycanın bank sektoruna, fiber optik texnologiya bazasında ən müxtəlif İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xidmətləri göstərir. 1997-ci ildə təsis olunan “Caspian Telecom” MMC eyni zamanda Ailə TV kabel televiziyası və Ailə NET internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir. Şirkət Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi 065588 saylı lisenziya əsasında fəaliyyət göstərir. Hazırda bir çox korporativ müştərilər və eləcə də fiziki şəxslər şirkətin ən qabaqcıl fiber optik texnologiya əsasında təqdim etdiyi yüksək keyfiyyətli kompleks telekommunikasiya xidmətlərindən yararlanırlar.

Öz fəaliyyətində ən yüksək texnologiyalardan istifadə edən “Caspian Telecom”  MMC Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiber optik infrastruktura malik olan şirkətdir və ən qısa zamanda fiber optik şəbəkə çəkmə imkanına malikdir.

Eyni zamnada Caspian Telecom Azərbaycanda SWİFT xidmətini göstərən ən böyük şirkətdir.

Şikətin korporativ müştəriləri arasında Azərbaycan Respublikasının Mərkəzi Bankı, Dövlət Neft Fondu, Azərbaycan Respublikası İpoteka Fondu, Amrah Bank, Kapital Bank, BTB Bank, Bank Melli İran, Damirbank, Aqrarkredit, Express Bank, Bank of Baku, NBC Bank, AG Bank, Bank of Azerbaijan, Silk Way Bank, Access Bank, Bank Stanadrt kimi banklar, Azərbaycan Dövlət Sığorta İdarəsi, Azəraeronaviqasiya, Sağlam Ailə Klinikası, Grand Klinika, Azərenerji Səhmdar Cəmiyyəti, Sumqayıt STP, Caspian Shipyard Company Ltd, RAMADA Hotel və Resort, Grand Hotel, Satandart İnsurance və digər iri qurumlar vardır.